#

Əlibaba Məmmədovun qəbirüstü abidəsinin eskizi geri qaytarıldı

Əlibaba Məmmədovun qəbirüstü abidəsinin eskizi geri qaytarıldı
11 may 2023
# 17:10

Ötən il fevralın 25-də vəfat edən görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, sənətkarın qızı Rəqsanə Məmmədli qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmadıqlarını bildirib.

“Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”, - muğam ustadının qızı deyib.

Rəqsanə Məmmədli əvvəlki eskiz layihəsində müəyyən səhvlərin olduğunu diqqətə çatdırıb: “Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar”.

O, yeni eskiz layihəsi üzərində işin nə zaman yekunlaşacağını bilmədiyini vurğulayıb: “Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar”.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb.

# 1157 dəfə oxunub

Müəllifin son yazıları

# # #