Ələsgər Məmmədoğlunun anım günüdür

Ələsgər Məmmədoğlunun anım günüdür
21 dekabr 2023
# 11:35

Bu gün Əməkdar artist Ələsgər Məmmədoğlunun anım günüdür.

Kulis.az məlumat verir ki, Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Ələsgərin atası əslən İrandan olub. O, Azərbaycanda ailə həyatı qurduqdan sonra İrana qayıtmayıb. Ailələrində Ələsgərdən başqa heç kim incəsənətlə məşğul olmayıb.

Səhnə və teatrla ilk tanışlığı 15 yaşında olub. İlk dəfə Akademik Milli Dram Teatrında Şekspirin "Qış nağılı"na, Cəfər Cabbarlının "Almaz"ına baxıb. Hökumə xanımın, Leyla Bədirbəylinin, Möhsün Sənaninin sənətkarlığına vurulub. Elə o vaxtdan aktyor olacağına qərar verib. Anası onun aktyor olmasına razı olmasa da, Ələsgər fikrindən dönməyib.

Ə. Məmmədoğlu "Qərib cinlər diyarında", “Yol əhvalatı”, Alma almaya bənzər” filmlərində, "Evləri köndələn yar", "Qatarda", "Yaşıl eynəkli adam" tamaşalarında yaddaqalan rollar oynayıb. Ancaq onu tamaşaçılara ən çox sevdirən “Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı olub.

Aktyor 2015-ci il dekabrın 21-də dünyasını dəyişib.

# 634 dəfə oxunub

Müəllifin son yazıları

# # #