"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər
15 avqust 2026
# 10:30

Bu gün görkəmli rus aktrisa, kinoda "ikinci planın kraliçası" adlandırılan Faina Ranevskayanın doğum günüdür.

Kulis.az onun məşhur aforizmlərini təqdim edir.

Ailə hər şeyi əvəz edir, ona görə də ailə qurmazdan əvvəl sizin üçün nəyin vacib olduğunu düşünün.

*
Az olan heyvanlar Qırmızı Kitaba, bol olanlar isə "Dadlı və faydalı yeməklər" kitabına daxil edilmişdir.

*
Bədbəxtliyə bax… Dünyada ən xoşagələn şeylər ya ziyandır, ya əxlaqsızlıqdır, ya da piylənməyə aparır.

*
Bir qadın kişiyə onun ən ağıllı olduğunu söyləyirsə, o zaman anlayır ki, başqa belə axmaq tapmayacaq.

*
Bu filmə dördüncü dəfədir ki, baxıram. Deyim ki, bu gün əla oynadınız.

*
Elə bir sevgi var ki, onu dərhal edamla əvəz etmək daha yaxşıdır.

*
Elə yaşamalısan ki, hətta əclafların da yaddaşında qalasan.

*
Əgər xəstə yaşamağı çox istəyirsə, həkimlər ona heç nə edə bilməz.

*
Əlbəttə, qadınlar kişilərdən ağıllıdır. Heç kişinin ayaqları gözəldir deyə, ağlını itirən qadın görmüsünüz?

*
Əsl kişi qadının doğum gününü dəqiq xatırlayan və onun neçə yaşında olduğunu heç vaxt bilməyən kişidir. Qadının ad gününü xatırlamayan, ancaq neçə yaşında olduğunu dəqiq bilən kişi onun əridir.

*
Ətrafınızdakıların fikrinə məhəl qoymayın, və sakit, xoşbəxt bir həyatınız olacaq.

*
Həyatda uğur qazanmaq üçün qadın iki xüsusiyyətə malik olmalıdır: O, axmaq kişiləri razı salacaq qədər ağıllı, ağıllı kişiləri sevindirəcək qədər axmaq olmalıdır.

*
Xatirələr qocalığın xəzinəsidir.

*
İlahi, mənim neçə yaşım var - ləyaqətli insanları hələ də xatırlayıram!

*
Keçilər arasında dahi olmaq çox çətindir.

*
Kök qadın yoxdur, dar paltar var.

*
Qadın başı aşağı gəzirsə, deməli, onun sevgilisi var. Əgər qadın başını dik tutub yeriyirsə, deməli, onun sevgilisi var. Və ümumiyyətlə, qadının başı varsa, deməli, onun mütləq sevgilisi var.

*
Məncə, tibb inkişaf edir. Gəncliyimdə həkimə gedəndə həmişə soyunmaq lazım gəlirdi. İndi dilimi göstərmək kifayət edir.

*
Nəsə çoxdandır mənə fahişə demirlər – populyarlığımı itirirəm.

*
Optimizm informasiya çatışmazlığıdır.

*
Özləri haqqında asanlıqla və hətta zövqlə danışan insanlara həqiqətən həsəd aparıram. İstəmədim, xoşuma gəlmədi…

*
Pis filmə çəkilmək əbədiyyətə tüpürmək kimidir.

*
Yuxularını danışa biləcəyin bir insan varsa, özünü tənha hesab etməyə haqqın yoxdur…

# 131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər