Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq

Eldəniz Babayevin “Zəfər müjdəsi”  adlı fərdi sərgisi açılacaq
8 iyun 2024
# 12:22

İyunun 27-də İstanbul Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin isə 100-cü ildönümü münasibətilə istedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq və “Eldəniz Babayev. Zəfər müjdəsi” adlı kitab-kataloqun təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sərgidə əsasən portret, natürmort, məişət və tarixi janrlarda olan və təqribən yetmişə qədər bоyakarlıq və qrafika əsərləri nümayiş olunacaq.

Sərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı misilsiz qələbə, “Bir millət, iki dövlət” ifadəsinin aktuallığını açıqlayan, Azərbaycan –Türkiyə dоstluğunu tərənnüm edən, həmçinin xalqımızın məişətini, adət-ənənələrini, mədəniyyətini vəsf edən təsviri sənət nümunələri nümayiş olunacaq.

# 517 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #