Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanı Ukrayna dilinə tərcümə olunub.
Kulis.az xəbər verir ki, tarixi romanın çapı ölkəmizin Ukraynadakı səfirliyi və bu ölkənin “Vsesvit” jurnalının birgə layihəsidir.
Ukraynanın “Vsesvit” jurnalının mətbəəsində çap olunan kitab artıq satışa çıxarılıb.
Kitabın ərsəyə gəlməsində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, şair-tərcüməçi Səlim Babullaoğlu və tərcüməçi Mehman Salmanov yaxından iştirak ediblər.
Romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın bütün səhifələrində tarixi dəqiqlik axtarmaq lazım deyil. Həmin tarixi şəxsiyyətlər bu romanda artıq “müəlllifin qəhrəmanlarıdır”.