Elcan Rəsulov: "Allah məni ailəmin göz yaşlarına bağışladı"

Elcan Rəsulov:  "Allah məni ailəmin göz yaşlarına bağışladı"
4 avqust 2023
# 16:46

Dünən axşam saatlarında vəziyyəti ağırlaşan aktyor-aparıcı Elcan Rəsulov əməliyyat olunub.

Kulis.az xəbər verir ki, aktyor bu barədə instaqramda paylaşım edib. Sözügedən paylaşımı təqdim edirik.

"Həkim əməliyyatın təcili olduğunu dedi və gecə 00:00- da əməliyyat olundum. Hamıda yarım saat davam edən öd əməliyyatı məndə 3 saat yarım çəkdi və şükür Allaha, ölmədim. Əməliyyat zamanı məlum oldu ki, öd kisəm 2 yerdən deşilib və infeksiya bədənə keçməyə başlayıb. Şükür Allaha. Allah məni ailəmin, dostlarımın göz yaşlarına, dualarına bağışladı. Bu çətin günlərdə əziyyət çəkən hər kəsə çox təşəkkür edirəm. İnşallah sağalım, çalışacam heç kimin yaxşılığını cavabsız qoymayım".

# 6876 dəfə oxunub

Müəllifin son yazıları

# # #