Əjdər Olun cəzası azaldıldı - Məhkəmə qərarı

Əjdər Ol

Əjdər Ol

21 iyun 2022
# 16:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə baxışı başa çatıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Əjdər Olun cəzası 3 ay azaldılaraq 8 il 3 aya endirilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

# 1620 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #