Əhməd Oğuzun kitabı çap olundu

Əhməd Oğuz

Əhməd Oğuz

19 mart 2022
# 19:12

Mərhum şair Əhməd Oğuzun "Var olsun ayrılıqları" adlı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda ömrünün 60-cı ilində dünyadan köçmüş istedadlı söz adamı, şair, folklorşünas, ssenariçi və tərcüməçi, xalq yaddaşının bilicisi və qoruyucusu, təəssübkeş ziyalı Əhməd Oğuzun şeirləri, dostlarının onun haqqında xatirələri və adına yazılmış şeirlər toplanıb.

Topluda Türkiyəli araşdırmaçı Seyfəddin Altaylı, Xalq Şairi Ramiz Rövşən, tanınmış qələm adamları Məmməd Oruc, Saday Budaqlı, Əlabbas, Nəriman Əbdülrəhmanlı, Avdı Qoşqar, Həzi Həsənli, Mahmud Vəli, Murad Köhnəqala, Qorxmaz Şıxalıoğlu, Kamil Əfsəroğlu və başqalarının Əhməd Oğuzun xatirəsinə həsr etdikləri yazılar öz əksini tapıb.

Kitabı Ə.Oğuzun dostu Səfər Rzasoylunun təşəbbüsü və yardımı ilə Nəriman Əbdülrəhmanlı nəşrə hazırlayıb, redaktoru Mahir Qarayev, məsləhətçiləri isə Saday Budaqlı, Səfər Rzasoylu, Etimad Başkeçid və Fəxri Uğurludur.

# 1493 dəfə oxunub

Müəllifin son yazıları

# # #