Əhməd Cavada həsr olunan qiraət axşamı keçirildi

Əhməd Cavada həsr olunan qiraət axşamı keçirildi
6 may 2024
# 14:00

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Urbanda görüşərik” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 132-ci ildönümünə həsr olunan “Qiraət axşamı” keçirib.

Kulis.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının müəllimi Vüsal Hicran çıxış edərək Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Gecədə qiraətçilərdən İmamverdi Vəliyev, Lalə Həsəncan, Xalidə Nəbiyeva və Məhəmməd Hacıyevin səsləndirdiyi şeirlər maraqla qarşılanıb.

Sonda Xalq artisti Sevinc İbrahimova “Çırpınırdı Qara dəniz” və Əməkdar artist Tural Abdullayev “Şükriyyə” əsərlərini ifa edib.

# 236 dəfə oxunub

Müəllifin son yazıları

# # #