Əhməd Cavad haqqında film çəkildi

Əhməd Cavad haqqında film çəkildi
19 yanvar 2023
# 12:30

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə film hazırlayıb.

Kulis.az xəbər verir ki, filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edilib. Sənədli filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Cavadın nəticəsi, tarixçi Nəsiman Yaqublu və digərləri iştirak edib.

Filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.

# 1251 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #