Əfsanəvi kino qəhrəmanı "İndiana Cons"un papağı 630 min dollara satılıb

Əfsanəvi kino qəhrəmanı "İndiana Cons"un papağı 630 min dollara satılıb
17 avqust 2024
# 14:45

Məşhur aktyor Harrison Fordun serialın ikinci filmindəki İndiana Cons filmində geyindiyi papaq İngiltərədə yerləşən Propstore Auction evinin təşkil etdiyi hərracda 630 min dollara satılıb.

Kulis.az xəbər verir ki, Ferrandininin şəxsi kolleksiyasından olan bu papaq ilk dəfə kolleksiyaçılara təqdim edilir.

Həmçinin hərracda 1983-cü ildə çəkilmiş “Ulduz müharibələri” filmində “Cedinin qayıdışı” filmində istifadə edilən hərbi dəbilqə 315 min dollara, Daniel Radkliffin “Harri Potter və Azkaban Məhbusu” filmində istifadə etdiyi çubuq isə 53 min 550 dollara satılıb.

# 371 dəfə oxunub

Müəllifin son yazıları

# # #