Əfsanəvi Hollivud rejissoru xəstəliyini açıqladı: "Evdən çölə çıxa bilmirəm"

Əfsanəvi Hollivud rejissoru xəstəliyini açıqladı: "Evdən çölə çıxa bilmirəm"
7 avqust 2024
# 13:29

Məşhur rejissor Devid Linç artıq evindən çölə çıxa bilmədiyini deyib.

Kulis.az xəbər verir ki, sənətçi ona amfizem diaqnozunun qoyulduğunu açıqlayıb.

"Sight and Sound" jurnalına müsahibə verən 78 yaşlı Linç siqaret çəkdiyi üçün amfizem olduğunu qeyd edib.

Qeyd edək ki, o, "Fil adam", "Mavi məxmər", "Əkiz zirvələr", "İtirilmiş şosse", "Mulholland Dr." kimi filmlərin rejissorudur.

# 305 dəfə oxunub

Müəllifin son yazıları

# # #