Əli Novruzov, Cavid Ramazanov və Rəşad Səfərin təşkilatçılığı və iştirakı ilə "köşə söhbətləri" keçiriləcək.
Kulis.az xəbər verir ki, görüş 23 fevral saat 19:00-da Mirzə İbrahimov küçəsi 5 ünvanında "Köşə Kahve"də baş tutacaq.
Tədbir haqqında təşkilatçıların çağırışı belədir:
"Əziz dostlar, Köşə söhbətləri adı altında sizinlə yeni ədəbiyyat müzakirələrinə başlayırıq. İlk görüşümüzdə sizinlə ədəbiyyatın sonuna səyahət edəcəyik.
Tez-tez bəzi dostların dilindən bədii ədəbiyyatın öz dövrünü başa vurduğunu eşidirik. Deyirlər ki, ədəbiyyat heç də əvvəlki kimi deyil, konyuktur mövzularla siyasi alətə çevrilib, kitabların köhnə dadı-duzu qalmayıb. Bu nədir, oxumamaq üçün yeni bəhanə, yoxsa deyilənlərdə həqiqət payı var?
Görüşdə iştirak edəcək: Əli Novruzov, Cavid Ramazanov və Rəşad Səfər.
Görüş 23 fevral saat 19:00-da Mirzə İbrahimov küçəsi 5 ünvanında Köşə Kahvedə baş tutacaq.