Ədəbiyyat üzrə Nobel mükafatı açıqlanacaq – Tarix

Ədəbiyyat üzrə Nobel mükafatı açıqlanacaq – Tarix
29 sentyabr 2022
# 12:40

Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransız yazıçı Mişel Uelbek ola bilər.

APA “lithub”a istinadən xəbər verir ki, o, ən yüksək əmsalla bukmekerlərin rəyində birinci yerdədir.

İkinci yerdə isə hind əsilli ingilis yazıçısı Salman Rüşdi qərarlaşıb, digər yerləri Amerika yazıçısı Stiven Kinq və keniyalı Nquqi va Thionqo bölüşür.

Xatırladaq ki, bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi oktyabrın 6-sı açıqlanacaq.

Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatının qalibi tanzaniyalı yazıçı Əbdülrəzzaq Qurna olub.

# 1368 dəfə oxunub

Müəllifin son yazıları

# # #