“Ədəbiyyat qəzeti"nin xüsusi buraxılışının təqdimatı olub - Fotolar

“Ədəbiyyat qəzeti"nin xüsusi buraxılış ının təqdimatı olub - Fotolar
20 oktyabr 2021
# 18:56

Oktyabrın 20-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbiyyat" qəzetinin "Nizami Gəncəvi İli"nə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, qəzetin xüsusi buraxılışı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ulduz" jurnalı ilə birlikdə hazırlanıb.

Əvvəlcə tədbir iştirakçıları institutun foyesində Nizami Gəncəvi ilə bağlı nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.

Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb, bununla əlaqədar akademiyada çoxlu tədbirlər həyata keçirildiyini qeyd edib.

AMEA-da Nizami Gəncəviyə həsr olunmuş konfransların, seminarların, dəyirmi masaların, kitab təqdimatlarının keçirildiyini deyən İ.Həbibbəyli akademiyanın alimlərinin xaricdə də bir sıra konfranslarda Nizami ilə bağlı məruzələr söylədiklərini, ölkəmizdə müxtəlif KİV-də, məktəblərdə bu mövzuda çıxışlar etdiklərini vurğulayıb. Akademik bu il AMEA-da Nizami Gəncəviyə həsr olunmuş 26 kitabın işıq üzü gördüyünü, daha bir neçə kitabın hazırda çapda olduğunu bildirib. Nizamini dünya ədəbiyyatının Günəşi, Azərbaycan xalqının milli iftixarı adlandıran İsa Həbibbəyli dahi şairin yaradıcılığının müstəqillik, azərbaycançılıq idealları əsasında xalqa yenidən çatdırılmasının vacibliyini qeyd edib.

"Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan məruzə ilə çıxış edərək xüsusi buraxılışın hazırlanmasının zərurəti və əhəmiyyətindən söz açıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qəzetin xüsusi buraxılışındakı məqalələrdə Nizami yaradıcılığına müxtəlif aspektlərdən toxunduğunu qeyd edərək bunu kiçik formada Nizami ensiklopediya adlandırıb.

AYB-nin katibi Səlim Babullaoğlu qəzetin bu buraxılışında işıq üzü görən yazıların kitab şəkilində çap olunmasını məqsədəuyğun hesab edib.

Xüsusi buraxılışın Nizamişünaslıqda son illər görülən ən yaxşı işlərdən biri olduğunu söyləyən filologiya elmləri doktoru Ataəmi Mirzəyev qeyd edib ki, dahi şairin yaradıcılığına geniş rakursda baxılan bu yazılar "Nizami Gəncəvi İli"nə ən gözəl töhfədir.

Tədbirdə filologiya üzrə fəlsəfə doktorları Siracəddin Hacı, Nəzakət Məmmədli, Səadət Şıxıyeva və başqaları çıxışlarda qəzetin xüsusi buraxılışını mütərəqqi addım kimi dəyərləndiriblər və

Nizami irsinin dünyada Azərbaycan şairi kimi tanıdılması istiqamətində görülən işlərdən danışıblar.

# 1556 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #