Eddi Merfi "Çəhrayı Pantera" filmində çəkiləcək

Eddi Merfi "Çəhrayı Pantera" filmində çəkiləcək
18 may 2023
# 15:30

Məşhur Hollivud aktyoru Eddi Merfi klassik film əsasında çəkilmiş MGM komediyası olan "Çəhrayı Pantera" filmində rol almaq üçün danışıqlar aparır.

Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter yazır.

O, sözügedən filmdə müfəttiş Kloz rolunu oynayacaq.

"Çəhrayı Pantera" müfəttiş Kluzonun sərgüzəştlərindən bəhs edir.

Mənbələrin məlumatına görə, yeni uzun metrajlı layihə aktyor oyunu və kompüter qrafikasının hibridindən ibarət olacaq. İnsayderlər də layihənin hələ inkişaf mərhələsində olduğunu deyirlər.

Qeyd edək ki, Eddi Merfi 1982-ci ildə çəkilən “48 saat” filmi ilə populyarlıq qazanıb. Sonradan “Beverli Hilz polisi”, “Dəlisov professor” və s. uğurlu filmlərdə çəkilən aktyor, 2000-ci illərdən ciddi yaradıcılıq uğursuzluqları ilə üzləşib. Bu yaxınlarda o, Netflix -in "You People" və Amazon-un "Coming 2 America" filmlərində rol alıb.

# 947 dəfə oxunub

Müəllifin son yazıları

# # #