Dünyaca məşhur müğənni həbs oluna bilər

Dünyaca məşhur müğənni həbs oluna bilər
30 iyul 2022
# 10:00

İspaniya prokurorluğu dünyaca məşhur kolumbiyalı müğənni Şakiranı vergidən yayınmaqda ittiham edib.

Kulis.az xarici KİV-ə istinadla xəbər verir ki, Şakira 2011-ci ildən 2014-cü ilə qədər İspaniya xəzinəsinə vergi ödəməməkdə ittiham olunur.

Bununla əlaqədar olaraq, prokurorluq müğənni üçün 8 il 2 ay həbs cəzası və 23 milyon avro cərimə tələb edir.

Bildirilir ki, Barselona məhkəməsi yaxın zamanlarda bu işlə bağlı dinləmələrin başlamasına qərar verəcək.

# 1335 dəfə oxunub

Müəllifin son yazıları

# # #