Dünya əhalisi hansı janrda kitablar oxuyur? – Statistika

Dünya əhalisi hansı janrda kitablar oxuyur? – Statistika
30 avqust 2022
# 15:00

Kitablar həyatımızın əhəmiyyətli bir hissəsidir və oxumaq, bir çox insan üçün məşhur bir əyləncədir. Tipik kitab həvəskarları il ərzində 12-13 roman oxuyur və nəticədə, kitab bazarı dünyada böyük bir ölçüyə sahibdir. Təkcə 2022-ci ildə kitab bazarının gəliri 112.5 milyard dollara çatmışdır. İnsanların hansı janrda kitablar seçməsi isə tədqiqatçıların böyük maraq dairəsindədir.

Kulis.az dünya əhalisinin ən çox mütaliə etdiyi kitablar haqda statistik məqaləni təqdim edir.

Dünya oxucularının ən çox müraciət etdiyi ədəbi janrlar siyahısına romantika, klassik və şeir kitabları rəhbərlik edir.

Klassik janrda olan kitabları ingilisdilli ölkələrin evlərində tapmaq ehtimalınız daha çoxdur.

Weimar Klasisizmi - Vikipedi

Qorxu janrı Latın ölkələrində, fantastik janrda olan kitablar isə Avropada ən populyar kitab janrıdır.

Asiyalılar internetdə digər kitab janrlarından daha çox şeir kitabları axtarırlar.

Holland dilli ölkələrdə triller roman janrı üstünlük təşkil edir, norveçli oxucular isə detektiv janrı digər janrlardan üstün tuturlar.

Fransa, Macarıstan, Venesuela, Cənubi Afrika, İspaniya, Braziliya, Portuqaliya, Rumıniya, Yunanıstan kimi ölkələrin əhalisi daha çox romantika janrına üstünlük verir. Fransızların "sevgi şəhəri" deyimini nəzərə alsaq romantika janrında onların üstünlük təşkil etdiyi aydın olur. Təsadüfi deyil ki, dünyanın ən gözəl sevgi hekayələrinin bəziləri də, məhz buradan gəlmişdir.

Romantik sevgi romanları sevənlər üçün 5 kitab nümunə

Venesueladakı oxucuların həm romantik, həm də qorxu kitablarını, təxminən, eyni səviyyədə oxuması da maraqlıdır.

NPD-ə görə (Bazar araşdırma şirkətidir – red), romantika milyard dollarlıq bir janrdır və keçən il satış həcmi 47 milyonu keçib. Bu, əvvəlki ilə nisbətən 24% artım deməkdir.

Klassik janra ən çox üstünlük verənlər isə İsveç, Honq-Konq, Avstraliya, ABŞ, Böyük Britaniya, İrlandiya və Yeni Zelandiya əhalisidir.

Bütün ölkələr öz klassiklərinə dəyər versə də, ingilisdilli ölkələr, həqiqətən, öz mədəni irsinə böyük hörmət nümayiş etdirirlər. Bu, çoxlu sayda yazıçının klassik kimi qəbul edildiyi İngiltərədə, xüsusilə, sezilir. Beləliklə, ingilis oxucuları daha çox öz ədəbiyyatlarını oxuyurlar.

Amerikada ən məşhur ədəbi janr klassik janrdır. Bu janrı ardıcıl olaraq romantika və şeir kitabları təqib edir. Manqa janrı, Tarixi romanlar, Detektiv janr, Fantastika ədəbiyyatı isə təxminən eyni faizləri bölüşürlər.

Avropada isə ən məşhur janr fantastik janrdır. Çexiya, Polşa, Almaniya, İtaliya, İsveçrə, Danimarka, Avstriya, Rusiya əhalisi ən çox bu janra müraciət edir.

Fantastika Satışı və Qiymətləri. Bakıda almaq, Şəkil, Rəylər | Umico.az

Bu janrın Avropada bu qədər populyar olmasının əsas səbəbi, yəqin ki, tarixən əksər fantastik hekayələrinin Avropadakı məkanlara yönəlməsidir. Bütün zamanların ən məşhur kitablarına, həmçinin, silsilə kitablara diqqətlə baxsanız, siyahıda fantastik janrın üstünlük təşkil etdiyini və hadisələrin də, məhz, Avropada cərəyan etdiyini görərsiniz.

Holland dilli ölkələrin – Hollandiya və Belçika – kitab bazarında triller janrı üstünlük təşkil edir.

Norveçlilər daha çox cinayət kitablarını, detektiv janrı sevirlər. Onlar bunu "Nordic noir" adlandırırlar və bu janrda kitablar oxumaq onlar üçün şokolad yemək, yaxud xizək sürmək qədər adidir.

Hindistan, Filippin, Cənubi Afrika, Türkiyə, Kanada, Sinqapur və Finlandiya əhalisi ən çox şeir kitabları oxuyur.

Macəra ədəbiyyatının ən populyar olduğu ölkələr isə Avstraliya, Koreya və Türkiyədir.

Qorxu janrına ən çox müraciət edənlər Venesuela, Argentina, Meksika əhalisidir. Həqiqətən, onların dəhşətli mifləri və qotik romanları kifayət qədərdir.

İngiliscədən tərcümə: Əsmər Mehdizadə

# 1906 dəfə oxunub

Müəllifin son yazıları

# # #