Dua Lipa musiqi karyerasında yeni dövrə qədəm qoyur

Dua Lipa musiqi karyerasında yeni dövrə qədəm qoyur
4 noyabr 2023
# 10:21

Alban əsilli britaniyalı pop ulduz Dua Lipa sosial media hesabındakı bütün paylaşımlarını silib və profil şəklini dəyişib.

Kulis.az xəbər verir ki, müğənninin bu addımının səbəbi bəlli olub.

28 yaşlı ifaçı yaxında "Houdini" adlı yeni mahnısının yayımlanacağı üçün belə etdiyini açıqlayıb.

Xatırladaq ki, Dua Lipadan əvvəl də bir çox müğənnilər yeni albom və ya layihədən əvvəl sosial media hesablarını təmizləyiblər.

Qeyd edək ki, musiqi karyerasında yeni dövrə qədəm qoymağa hazırlaşan Lipanın son albomu "Future Nostalgia" 2020-ci ildə çıxıb.

# 833 dəfə oxunub

Müəllifin son yazıları

# # #