Dözümlü xalqıma heykəl qoyulsun - Günün şeiri

Dözümlü xalqıma heykəl qoyulsun - Günün şeiri
27 may 2024
# 15:30

Bu gün Xalq şairi Söhrab Tahirin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Öləndə" adlı şeirini təqdim edir.

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın,
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,

Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.

# 552 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #