Dövlət Turizm Agentliyi şimal-qərb regionuna infotur təşkil edib

Dövlət Turizm Agentliyi şimal-qərb regionuna infotur təşkil edib
18 sentyabr 2025
# 15:33

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli turizm şirkətlərinin nümayəndələri və səyahət blogerləri üçün şimal-qərb regionuna infotur təşkil olunub.

Kulis.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, infoturun əsas məqsədi qeyd olunan regionda aqroturizm imkanlarının geniş təbliğ olunması, son illərdə bu sahədə aparılan işlərin nümayiş etdirilməsi və yeni yaradılmış müəssisələrin tanıdılmasıdır.

Oğuz, Şəki, Qax və Zaqatala rayonlarını əhatə edən infotur çərçivəsində əsas istirahət-əyləncə mərkəzləri, muzeylər, balıqçılıq, arıçılıq, şərabçılıq və eko-aqroturizm təsərrüfatları, təbii turizmi imkanlarına malik təbiət nümunələri ziyarət olunub.

Səfər iştirakçıları regionun yerli mətbəx nümunələri ilə tanış olublar.

Qeyd edək ki, tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi və səfər olunan məkanların geniş auditoriyaya çatdırılması, təbliğat işlərinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər