"Dostoyevski" festival-gəzintisi baş tutacaq

"Dostoyevski" festival-gəzintisi baş tutacaq
6 iyul 2024
# 17:00

İyulun 20-si və 21-i Rusiyanın Zaraysk şəhərində "Dostoytevski" festival-gəzintisi baş tutacaq.

Kulis.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə gəzintinin rəhbəri, Rusiyanın Xalq artisti Yevgeni Mironov xəbər verib.

Gəzinti Dostoyevskilər ailəsinin Zaraysk şəhərindəki malikanəsinin ətrafında baş tutacaq. Dostoyevskinin yazdığına görə, bu malikanə onun "həqiqətən xoşbəxt olduğu" yeganə yer olub. Proqrama yazıçının "Yoxsul insanlar" povesti əsasında hazırlanmış eyniadlı tamaşa-konsertin nümayişi, yazıçının sevdiyi əsərlər əsasında hazırlanmış tamaşaların nümayişi, yarmarka və ekskursiya daxildir.

# 597 dəfə oxunub

Müəllifin son yazıları

# # #