“Dostlar” serialının məşhur aktyoru vəfat etdi

“Dostlar” serialının məşhur  aktyoru vəfat etdi
30 oktyabr 2023
# 10:20

Amerikalı aktyor Metyu Perri 55 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, TMZ-nin məlumatına görə, aktyor oktyabrın 28-də Los-Ancelesdəki evində tapılıb.

İlkin məlumata görə, sənətçinin ölüm səbəbi infarkt olub.

Qeyd edək ki, Metyu Perri 1994-2004-cü illərdə çəkilmiş və 234 seriyanın hamısında oynadığı “Dostlar” serialında Çandler Binq rolu ilə tanınıb.

# 1527 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #