"Doktor Jivaqo"nu xilas edən 100 yaşlı jurnalist dünyasını dəyişdi

"Doktor Jivaqo"nu xilas edən 100 yaşlı jurnalist dünyasını dəyişdi
4 mart 2023
# 14:00

1956-cı ildə Boris Pasternakın "Doktor Jivaqo" romanının əlyazmasını SSRİ-dən çıxararaq saxlamış 100 yaşlı italyan jurnalist Sercio D'Angelo vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə İtaliyanın "Ansa" agentliyi məlumat yayıb.

D'Angelo San Martino al Ciminodakı evində dünyasını dəyişib. Onun qızı Françeska bildirib ki, mərhum üçün təntənəli anım mərasimi təşkil edilməyəcək.

"Doktor Jivaqo" romanı 1957-ci ildə italyan dilinə tərcümədə nəşr edilib. 1958-ci ildə Pasternak romanına görə Nobel mükafatı alsa da, evdəki təzyiqlərə görə ondan imtina edib. Sonradan yazıçının varisləri D'Anjelonu faktları təhrif etməkdə və "Doktor Jivaqonun" nəşrindən pul qazanmağa çalışmaqda ittiham ediblər. Kitabın nəşrinə görə Pasternak İtalya Yazıçılar İttifaqından xaric edilib.

# 1497 dəfə oxunub

Müəllifin son yazıları

# # #