"Salnaməfilm"dən başqa digər kinostudiyaların fəaliyyəti rəsmi olmasa da, artıq dondurulub.
Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov deyib.
Direktor hazırda "Salnaməfilm"in iki layihəsinin davam etdirildiyini deyib: "Ondan sonrakı proses necə olacaq, bilmirəm. Buna biz qərar verə bilmərik, aydın məsələdir. Sadəcə rəsmi olaraq, "Debüt"ün səlahiyyətlərinə son vurulduğunu deyə bilərəm. Onların bütün bazası rəsmi olaraq, "Azərbaycanfilm"ə verilib. “Azanfilm”, “Mozalan”, “Dublyaj” və “Yaddaş” kimi digər studiyalar haqqında hələ ki yekun rəsmi qərar yoxdur".
Xatırladaq ki, ötən il APA-nın sorğusuna cavab olaraq, "Azərbaycanfilm"dən bildirilmişdi ki, aparılan islahatlar çərçivəsində digər dövlət studiyalarının vahid təşkilati struktur formasında “Azərbaycanfilm” kinostudiyası tərkibində cəmlənməsi nəzərdə tutulub.