Dinozavrlarla qidalanan timsah tapıldı

Dinozavrlarla qidalanan timsah tapıldı
4 sentyabr 2025
# 11:20

Argentinanın Pataqoniya bölgəsində, təxminən 70 milyon il əvvəl yaşamış nəhəng yırtıcı timsahın fosilləri tapılıb.

Kulis.az xəbər verir ki, alimlər bu yeni növü "Kostensuchus atrox" adlandırıblar. Timsahın 3,5 metr uzunluğunda və 250 kiloqram ağırlığında olduğu düşünülür. O, həm quruda, həm də bataqlıq ərazilərdə ovlanıb və dinozavrlarla qidalanıb.

Qeyd edək ki, alimlər onun bədən quruluşunun müasir timsahlara oxşadığını, lakin burun dəlikləri və gözlərinin yerləşmə tərzinin fərqli olduğunu bildiriblər.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər