“Dənizçilərimiz Vətən müharibəsində” kitabı çap olundu

Faiq Balabəyli, şair-publisist

Faiq Balabəyli, şair-publisist

19 noyabr 2021
# 13:10

Şair-publisist, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin yeni kitabı çap olunub.

Müəllifin Kulis.aza verdiyi açıqlamaya görə, “Dənizçilərimiz Vətən müharibəsində” adlı kitab “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb.

Kitab “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin layihəsi olaraq 2000 tirajla dərc olunub.

Redaktor Hüseyn Sözlü, tərtibatçı Fərrux Həmidlidir.

Kitabda 300-ə yaxın I və II Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi, işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərərək şəhid və qazi olan Azərbaycan dənizçisinin və dənizçi övladlarının döyüş yolundan bəhs olunur.

Нет описания.

# 1040 dəfə oxunub

Müəllifin son yazıları

# # #