Avstraliyalı yazıçı Deniel Çidiak “LİBRAFF” mağazalar şəbəkəsinin təşəbbüsü ilə ilk dəfə Azərbaycanda oxucularla görüşəcək.
Kulis.az xəbər verir ki, Azərbaycanda da tez-tez bestseller siyahısına düşən, “Kim deyir ki, bacarmazsan? Bacararsan!” kitabının müəllifi Deniel Çidiak sentyabrın son həftəsində Bakıda qonaq olacaq.
Müəllif 27 sentyabr saat 15:00 – “LİBRAFF”ın “Park Akademiya” filialında kitab müzakirəsində iştirak edəcək və motivasiya, şəxsi inkişaf, habelə yumşaq bacarıqların önəmi barədə öz fikirlərini oxucularla bölüşəcək.
28 sentyabr saat 12:00 – “Gənclik Mall”ın 1-ci mərtəbəsinin əsas zalında baş tutacaq imza mərasimində isə oxucular müəlliflə bir daha görüşmək imkanı qazanacaqlar.
Tədbirin giriş bileti müəllifin kitabıdır.
Qeyd edək ki, kitabı bütün LİBRAFF mağazalarından əldə etmək olar.