Demet Akalın: "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"

Demet Akalın:  "Bir də ayağa qalxa bilməyəcəyimi düşünürdüm"
26 noyabr 2024
# 09:15

Ötən aylarda 10 kilo arıqladığını açıqlayan məşhur müğənni Demet Akalın son paylaşımında görünüşü ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, müğənni necə arıqladığını da izləyiciləri ilə bölüşüb:

"Qusduğum üçün 2 həftə yemək yeyə bilmədim. Arıqlama iynəsi vurdurdum, ölümdən qayıtdım".

İfaçı iynə vurdurmağı düşünənlərə xəbərdarlıq da edib:

"Reanimasiyada olanlar, kor olanlar, yaddaşı zəifləyənlər var idi... Diqqətli olun! Bir də ayağa qalxa bilməyəcəyimi düşündüm. Şükür Allaha, cəmi üç həftəyə sağala bildim”.

Qeyd edək ki, mütəxəssislər təyinatından kənar məqsədlər üçün istifadə edilən bu iynələrin riskli olduğuna deyirlər.

# 266 dəfə oxunub

Müəllifin son yazıları

# # #