"Daxildəki ada" filmi yutubda yayımlanacaq

"Daxildəki ada" filmi yutubda yayımlanacaq
1 avqust 2023
# 12:03

2 avqust saat 22:00-da “Azərbaycanfilm"in rəsmi yutub kanalında ilk dəfə "Daxildəki ada" filmi yayımlanacaq.

Kulis.az xəbər verir ki, “Sarayevo” beynəlxalq film festivalının "Ən yaxşı rejissor” mükafatını almış tammetrajli bədii film “Debüt” studiyası, “Arizonafilm” və “Coyote Cinema”-nın birgə istehsalıdır.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, həmprodüserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov və Müşfiq Hətəmovdur.

Film mənəvi və fiziki təzyiqlərə görə vəhşi atlar yaşayan adaya qaçan şahmatçı gəncin hekayəsindən bəhs edir.

# 761 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #