Daşkənddə Azərbaycan haqqında kitab çap olundu

Daşkənddə Azərbaycan haqqında kitab çap olundu
2 oktyabr 2024
# 11:35

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək dilində “Olovlar Yurti - Ozarbayjon” (“Odlar Yurdu Azərbaycan”) adlı kitab çap edilib.

Kulis.az xəbər verir ki, müəllifi tanınmış tədqiqatçı-jurnalist Şarofiddin Tolaqanov olan nəşrdə Azərbaycanın dövlətçilik tarixi, xalqımız, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, milli bayramlarımız, hüzn günləri, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət mərkəzi olan Şuşa, Qarabağ, Azərbaycan-Özbəkistan tarixi-mədəni əlaqələri, Ermənistanın apardığı siyasətin Qafqazda və bütün dünyadakı mənfi təzahürləri və s. haqqında geniş məlumatlar verilib. Kitabın Daşkənddə təqdimatı və Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Şarofiddin Tolaqanov Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizə təşkil olunmuş mediaturlarda iştirak edib. O, işğaldan azad edilmiş torpaqlarımızda olub, erməni vandalizmini gözləri ilə görüb.

# 412 dəfə oxunub

Müəllifin son yazıları

# # #