Corc Kluni özüylə "intim" görüşü hərraca çıxardı

Corc Kluni özüylə "intim" görüşü hərraca çıxardı
16 avqust 2024
# 12:56

Aktyor Corc Kluni özüylə "intim" görüşü hərraca çıxarıb.

Kulis.az xəbər verir ki, 10 milyon dollardan başlayan hərrac hazırda 36 milyona qədər qalxıb.

Hərrac avqustun 20-sinə qədər davam edəcək və aktyor məbləğin 60 milyona qədər qalxacağını gözləyir.

Kluni hərracdan yığılan pulu insan hüquqlarının pozulması ilə mübarizəyə xərcləyəcək.

Görüş sentyabrın 24-ü Nyu-Yorkda baş tutacaq. Qalib özüylə qonaq gətirə, aktyorla şəkil çəkdirə və onu maraqlandıran sualları verə biləcək.

# 337 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #