Görkəmli aktyor Conni Depp uzun fasilədən sonra klassik rolla kinoya qayıdır.
Kulis.az xəbər verir ki, "Paramount" studiyasının istehsalını planlaşdırdığı "Ebenezer: Milad nəğməsi” filmində Depp baş rolda çəkiləcək.
Filmin rejissoru Ti Uestdir. Bu film aktyorun Amber Herdlə olan qalmaqallı boşanmasından sonra ilk iri layihələrindən biridir.
Qeyd edək ki, Deppin həmçinin “Karib dənizinin quldurları” franşizasına qayıtması ilə bağlı danışıqlar davam edir.