Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni aprelin ortalarına qədər bütün konsertlərini təxirə salıb.
Kulis.az xəbər verir ki, buna səbəb ifaçının Minskdəki konserti zamanı səsinin batması olub.
Həkimlər ona səs tellərinin iltihabı diaqnozunu qoyub. Ona danışmaq belə qadağan edilib.
Coni məsələ ilə bağlı sosial media hesabında paylaşım edib. O, aprelin 4-də Daşkənddə planlaşdırılan konsertinin təxirə salındığını qeyd edib.
