"Con Uik - 4" filmi həftəsonu yenidən kassa lideri oldu

"Con Uik - 4" filmi həftəsonu yenidən kassa lideri oldu
17 aprel 2023
# 17:20

"Con Uik - 4" filmi həftəsonu yenidən kassalarda birinci yerdə qərarlaşıb.

Kulis.az TASS-a istinadən xəbər verir ki, sözügedən film həftəsonu 57,2 milyon rubl gəlir əldə edərək MDB ölkələrində kassa lideri olub.

İkinci yerdə "Mənim gözəl bədbəxtliyim", üçüncü yerdə isə "Üç muşketyor: D'Artagnan" filmi qərarlaşıb.

Qeyd edək ki, nəticələrin hesablanmasında “Kinobusiness” portalının aprelin 13-dən 16-a kimi olan məlumatları əsas götürülüb.

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

# # #