Xalq şairi: Qarabağı alacağımıza heç bir şübhəm yoxdur

Xalq şairi: Qarabağı alacağımıza heç bir şübhəm yoxdur
30 sentyabr 2020
# 15:42

"Azərbaycan bayrağı Şuşada dalğalanacaq".

Bu sözləri son günlər cəbhədə baş verən hadisələrlə bağlı fikirlərini Kulis.az-la bölüşən Xalq şairi Nəriman Həsənzadə deyib. Şair bildirib ki, Qarabağın tezliklə azad olunacağına şübhəsi yoxdur.

“Bu savaş Azərbaycan xalqının öz haqq işi uğurunda mübarizəsidir. Cənab prezidentin Rusiya televiziyasına verdiyi müsahibədə gözəl cavab verdi, onları susdurdu. Paşinyan provakatordur, təcavüzçü bir adamdı. Öz xalqını qırdırır, onu ordan qovacaqlar. Durduğu yerdə dinc əhaliyə bombalar atır, güllələyir. Bu dünyanın heç yerində görülməyib. Bu fani deyil, canidir”.

Xalq şairi Qarabağın qaytarılacağına inadığını da vurğulayıb:

“Qarabağı alacağımıza heç bir şübhəm yoxdur. Azərbaycan bayrağı Şuşada dalğalanacaq. Bütün xalq buna inanır. 30 ildi artıq insanlar dözür. Erməni dövlət başçılarına inanmıram, qeyri-səmimi siyasət yeridirlər. Təkcə inamım odur ki, Qarabağa qayıdacağıq”.

# 2521 dəfə oxunub

Müəllifin son yazıları

# # #