“Ceyhun mənə vurulanda balaca uşaq idi. Müəllimimiz Məhərrəm Haşımov bizə dərs deyirdi. Öz tələbələrini Rus Dram Teatrına aparırdı.”
Bu sözləri moderator.aza-a müsahibəsində Xalq artisti Elmira Şabanova söyləyib. O, daha sonra əlavə edib:
“Gələcək həyat yoldaşım Rüfət Şabanov da teatra dostlarının yanına gəlib-gedirdi. Hamıya tapşırmışdı ki, o qızla işiniz olmasın, mən onu alacam. O məndən 15-16 yaş böyük idi. Ceyhun Mirzəyev də məndən 5-6 yaş balaca olardı. Bir gün gördüm ki, Ceyhun qaşqabaq sallayıb oturub. Soruşdum ki, ay Ceyhun, nə olub sənə? Mənə dedi ki, o qoca kişiyə ərə getmə, böyüyüb səni özüm alacağam. İllər keçəndən sonra Ceyhun məni rejissoru olduğu “Fəryad” filmində ana roluna dəvət etdi. Mənə dedi ki, epizodik ana roludur, oynaya bilərsiz? Dedim ki, sənin ananı oynayaram”.