“Əziz bizim şəhidlik zirvəsinə çatmış qardaşlarımız. Sayənizdə qanınız bahasında geri qayıtmış Şuşamıza bir daha səfər etdik.”
Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva özünün sosial şəbəkə hesablarında yazıb. O, daha sonra əlavə edib.
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” silsilə layihəmiz çərçivəsində sizin şəhid olduğunuz torpaqlarda valideynləriniz, həyat yoldaşlarınız və gül balalarınızla bir daha yenidən görüşdük... Şuşada görüşdük! Şuşa əli öpüləsi analarınızı Alim Qasımovun azan səsi ilə qarşıladı. Ruhunuza dualar oxuduq. Ömrümüzün sonunacan minnətdarıq! Sizi dünyaya gətirən anaların qarşısında baş əyirik! Nurlar içində yatın! Bu layihədə iştirak edən hər kəsə də təşəkkür edirəm!”