Rasim Balayev: "Baş verənlərə cavabdeh Əbülfəs Qarayevdir"

Rasim Balayev: "Baş verənlərə cavabdeh Əbülfəs Qarayevdir"
12 may 2020
# 18:32

"Mədəniyyət Nazirliyində baş verənlərə cavabdeh Əbülfəs Qarayevdir”.

Kulis.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Rasim Balayev DTX-ın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat videosundan danışarkən deyib.

Onun sözlərinə görə, Əbülfəs Qarayevin bu vəzifədə qalıb-qalmamasına özü və bir də dövlət qərar verməlidir:

"Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirlikdə baş verənlərdən xəbəri varsa, bir ayıb, yoxdursa, bu da ikinci ayıb. Bu bir ailədir. Onun hər şeydən xəbəri olmalıdır. Nazirlikdə bilavasitə baş verənlərə cavabdeh oranın böyüyüdür. Bunlar canavardır, vəhşidir, nədir bilmirəm, qoyublar vəzifəyə. Amma mədəniyyət haqqında fikirləşən yoxdur. Ancaq pul, pul, vəssalam. Kinoya ayrılan pulu da yeyiblər. Bundan sonra işləyib-işləməməsini özü bilər və bir də dövlət”. /qaynarinfo/

# 3268 dəfə oxunub

Müəllifin son yazıları

# # #