“Hədəf Nəşrlər”inin “Bilgənin macəraları” uşaq seriyası kitabları üçün elan etdiyi müsabiqənin qalibləri bəlli olub.
Kulis.azın verdiyi xəbərə görə, Aynur Cavid və Cəmilə Məmmədlinin mətnləri seçilib
Onlar adı gedən kitab seriyası üçün 10 hekayə yazacaqlar.
51 müəllif arasında seçilən qaliblər üçün 3 min manat mükafat fondu da ayrılıb.