Bu gün o gün idi! – Brilliant Dadaşova Kulisə yazır

Bu gün o gün idi! – Brilliant Dadaşova Kulisə yazır
17 noyabr 2020
# 11:01

Qəlbin ağrısı Cismani olan heç bir ağrıya - sızıltıya bənzəmir. Onu dilə gətirmək - sözlərə çevirmək tərcümənin mümkün olmayan növüdür. İnsanlar bir-birini yox etmək üçün əsrlər boyu müxtəlif silahlar icad etdilər.

Amma bizim bəxtimizə düşən düşmən pul ilə satın aldığı silahdan başqa - həm də hiyləgərlik və insanlığın ən aşağı pilləsində istifadə olunan saxtakarlıq silahından istifadə etdi həmişə.

Bu, bizim nəslin yaşadığı ikinci müharibədir. Ona görə, daha çox sarsıntı keçirtdik. Çünki biz artıq birinci Qarabağ müharibəsində dərin yaralar və travmalar almışdıq.
Məğlub deyildik, amma gücsüz idik.

Ömür boyu özünü şirin yalanlarla ovutmağa alışıq olan erməni xalqı hələ də boynuna almır ki, biz onlarla yox, bizdən sayca qat-qat çox və təpədən-dırnağa qədər silah- sursatla təmin olunmuş sovet ordusuyla vuruşmuşuq. Biz yalnız erməni ilə döyüşsəydik onlar bizdən bir qarış torpaq belə ala bilməzdi. Azərbaycan əsgəri həmişə cəsur və mərd olub. Bu 90-cı illərdə də belə idi, indi də dəyişən bir şey yoxdur.

Elçibəy çox ağıllı və müdrük insan idi. Onun üçün də siyasəti güclü olan insandan yardım istədi. Ulu öndər Heydər Əliyev gəlib yarımcan Azərbaycanda məcburi atəşkəs imzalayanda çoxu onun nə etdiyini tam olaraq anlamdı. Amma əksəriyyətimiz də onun planlaşdırdığı kimi, səbrlə ordumuzun güclənəcəyi günü gözlədik .

Və o gün bu gün idi.

Hələ ki, biz qələbəmizi yetərincə dərk edə bilmirik.

Əlbəttə xoşbəxtliyə də öyrəşmək lazımdır.

Zaman özü bizə imkan yaradacaq!

Haqqın ədalətinə hər zaman inanmışam. Biz bu gün haqqın ədalətinin dünyaya meydan oxuduğu zəfər həqiqətini yaşayırıq. Bu hissləri sözlərlə ifadə etmək mümkün deyil. Biz bu qələbəni həm də şəhid analarna borcluyuq.

# 1826 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #