AYB-dən cavab gəldi: "Qurultayın vaxtı payızda təyin olunacaq"

AYB-dən cavab gəldi: "Qurultayın vaxtı payızda təyin olunacaq"
20 fevral 2020
# 11:20

“Bu günlərdə AYB katibliyində janrlar üzrə məruzəçilər təsdiq olunacaq”.

Bu sözləri Kulis.az-a açıqlamasında AYB-nin gənclər üzrə katibi Rəşad Məcid gənc yazar Emil Rasimoğlunun bu təşkilat haqda yazdığı tənqidi fikirlərə münasibət bildirərkən söyləyib:

“Məruzəçilər müxtəlif janrlar üzrə 2014-cü ildən bəri yaranan əsərlər barədə məruzələr hazırlayacaqlar. Aprel ayından başlayaraq bu məruzələr dinləniləcək və qiymətləndiriləcək.”

Rəşad Məcid daha sonra qurultay haqda danışıb:

“Gənclərin fəaliyyəti barədə də məruzə olacaq. Emil Rasimoğlu və dostlarının fəaliyyətinə də yer ayrılacaq, münasibət bildiriləcək. Payızda həmçinin Gənclər Şurasının tərkibi də yenilənəcək. Bu hazırlıq prosedurları bitdikdən sonra payızda növbəti qurultayın vaxtı təyin olunacaq.”

# 1867 dəfə oxunub

Müəllifin son yazıları

# # #