“Şöhrət” ordenli şair: “Bu mənim üçün sürpriz oldu”

“Şöhrət” ordenli şair: “Bu mənim üçün sürpriz oldu”
11 yanvar 2020
# 14:28

“Bu mükafatı gözləmirdim”.

Bu sözləri Kulis.az-a açıqlamasında prezidentin yanvarın 10-da imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif edilən tanınmış şair Baba Vəziroğlu deyib.

“Hər il 2 gün sürprizlər bayramıdır - Yeni il axşamı və ad günü. Bəlkə də öncədən bilinsəydi ki, səni nələr gözləyir, Şaxta baba sənə hansı hədiyyələri gətirəcək, səni kimlər təbrik edəcək, çox maraqsız olardı.”

B.Vəziroğlu daha sonra sevincini bölüşüb:

“Sürpriz Bakıya yağan ilk qar kimi sonsuz bir sevinc gətirir. Mən də ad günümdə bu sevinci yaşadım.”

# 3226 dəfə oxunub

Müəllifin son yazıları

# # #