"Evdə qal" aksiyası Bakıda bədii kitabların satışını artırıb

"Evdə qal" aksiyası Bakıda bədii kitabların satışını artırıb
27 mart 2020
# 15:39

“Karantin rejimi tətbiq ediləndən bəri bədii kitablara tələbat nəzərəçarpacaq dərəcədə artıb.”

Bu sözləri Kulis.aza Oxford Kitab Evinin satış meneceri Kamran Vəli söyləyib.

Onun sözlərinə görə, “Evdə qal” aksiyası onların işinə yarayıb:

“#evdəqal haştaqı ilə sosial çağırış tətbiq edilməsi insanların sağlamlığı və virusa qarşı mübarizəni güncləndirilməsi baxımından müsbət haldır. Bu bizim sektora da öz təsirini göstərib. Virusdan qabaqkı dövrlərdə ən çox dərsliklər və məktəb ləvazımatları satılırdısa, indi bədii ədəbiyyatda maraq daha çoxdur. Özüm kitab oxuyan biri kimi digər mağazalarda da müşahidə aparmışam və soruşmuşam. Bədii kitabların daha çox satıldığını deyiblər.”

# 2175 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #