"Bahar gəlir" adlı konsert baş tutub

"Bahar gəlir" adlı konsert baş tutub
24 mart 2021
# 17:12

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib.

Filarmoniyadan Kulis.az-a bildirilib ki, “Bahar gəlir” adlı konsert Novruz bayramı münasibətilə reallaşıb.

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiət etdiyi konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları olan ifaçılar çıxış ediblər.

Konsert çərçivəsində bir sıra xalq mahnısı və tanınmış Azərbaycan bəstəkarlarının əsərləri səsəndirilib.

# 1417 dəfə oxunub

Müəllifin son yazıları

# # #