Sərdar Aminin yeni nəşr edilmiş "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım" kitabı satışa çıxarılıb.
Kulis.az xəbər verir ki, tarixi faktlardan ibarət toplu Azərbaycan coğrafiyasına rəhbərlik etmiş şəxsiyyətlərin yanlışlarını hədəfə alıb. Kitabda Xürrəmilər, Səfəvilər, Xanlıqlar, SSRİ və müstəqillik dönəmində atılmış bir neçə yanlışdan bəhs olunur.
Müəllif iddia edir ki, həmin yanlışlar olmasaydı, indi həyatımız tamam başqa cür olacaqdı. Nəşr olunan iddiaların hər biri tarixi sənədlərə, nüfuzlu tarixçilərin qeydlərinə əsaslanıb.
"Mücrü" nəşriyyatında çapdan çıxan kitab çatdırılma yolu ilə satılır.
Əlaqə: +994 50 291 78 98