Cinsi təcavüzdə ittiham olunan Diddi prokurorlardan tələb etdi

Cinsi təcavüzdə ittiham olunan  Diddi prokurorlardan tələb etdi
17 oktyabr 2024
# 09:32

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs prokurorlardan onu ittiham edənlərin adlarını açıqlamasını istəyir.

Kulis.az xəbər verir ki, bu barədə "The Guardian" məhkəmə sənədlərinə əsasən məlumat yayıb.

Vəkilləri tərəfindən məhkəməyə göndərilən məktubda deyilir ki, 54 yaşlı Kombs mayın 5-də keçiriləcək məhkəmə prosesinə hazırlaşmaq üçün ittihamçılarının adlarını və sayını bilməlidir. Lakin prokurorluq indiki mərhələdə onların adlarının açıqlanmasına etiraz edib.

Qeyd edk ki. reper ittihamlar üzrə özünü təqsirli bilməyib. O, məhkəməyə qədər həbsxanada qalacaq.

# 553 dəfə oxunub

Müəllifin son yazıları

# # #