Çingiz Abdullayev Avropa yazıçılarına müraciət etdi

Çingiz Abdullayev Avropa yazıçılarına müraciət etdi
22 sentyabr 2023
# 15:58

Azərbaycan PEN-klubu Avropanın yazıçı və jurnalistlərinə müraciət edib.

Kulis.az xəbər verir ki, Xalq yazıçısının müraciətində deyilir:

"Avropanın bəzi xadimlərinin Azərbaycandakı vəziyyətlə bağlı məsuliyyətsiz və tendensiyalı bəyanatları
bizi təəccübləndirir və hiddətləndirir. Onları nə Avropa şəhərlərinin küçələrində müqəddəs “Qurani-Kərim”in sistemli şəkildə yandırılması, nə də Avropaya mühacirət etməyə çalışan yüzlərlə qaçqın narahat edir.

Onlar demokratiya və insan haqları ilə bağlı şəxsi mülahizələrinə istinad edərək ölkəmizin daxili işlərinə qarışmağa çalışırlar. İki qonşu dövlətin sülh müqaviləsi bağlamasına çalışdığı, Azərbaycanın öz ölkəsində vəziyyəti sabitləşdirdiyi bir vaxtda bu cür qızışdırıcı hücumlar birbaşa olaraq münaqişənin davam etdirilməsinə yönəlib. Bu, bütün sağlam düşüncəli insanları əsəbiləşdirir".

Qeyd edək ki, bəyanatı PEN Klub adından PEN Klubun prezidenti, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, PEN klubun vitse-prezidenti, Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə imzalayıb. Müraciətin mətni rus, ingilis, fransız və alman dillərinə tərcümə edilib.

# 5760 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #