"Çernobıl" serialının qəhrəmanı ata oldu

"Çernobıl" serialının qəhrəmanı ata oldu
14 avqust 2024
# 16:50

Aktyor Filip Avdeyev sosial şəbəkə hesabında ata olduğunu bildirib.

Kulis.az xəbər verir ki, Filip Avdeyevlə ssenarist Yekaterina Sergeyevanın ilk övladı dünyaya gəlib.

Cütlük rejissor Kiril Serebrennikovun "Qoqol-mərkəz" teatrında işləyərkən tanış olub. Avdeyevin aktyor kimi çıxış etdiyi teatrda Yekaterina butaforçu vəzifəsində çalışıb.

Cütlük 2022-ci ildə ailə həyatı qurub.

Qeyd edək ki, otuzdan çox filmdə rol alan aktyor daha çox Danila Kozlovskinin "Çernobıl" filmindəki roluna görə məşhurlaşıb.

# 371 dəfə oxunub

Müəllifin son yazıları

# # #