Ceremi Renner özünü Tin Woodman ilə müqayisə etdi

Ceremi Renner özünü Tin Woodman ilə müqayisə etdi
8 may 2023
# 12:00

"The Avengers" filminin ulduzu Ceremi Renner İnstaqramda qartəmizləyən maşınla qəzadan sonra sağaldığı məşqinin videosunu paylaşıb.

Kulis.az xəbər verir ki, aktyor “Ağrıdan xilas olmaq qərarına gəldim. Özümü bütün yeni oynaqlarım üçün yağa ehtiyacı olan Tin Woodman (amerikalı yazıçı L. Frank Baum tərəfindən yaradılmış personaj) kimi hiss etsəm də, davam etmək istəyirəm" deyə Renner yazıb.

Xatırladaq ki, yanvar ayında aktyor qardaşı oğlunun yük maşınını dağıntılar altından çıxarmaq üçün Pistenbully qartəmizləyən maşından istifadə edib. Daha sonra qəza əyləcini açmadan texnikanı tərk edib. Maşın yan tərəfə yuvarlanmağa başlayıb. Aktyor onu saxlamağa çalışsa da, tırtıllar onu maşının altına sürükləyib və nəticədə "The Avengers" ulduzu 32 sınıq sümük alıb.

# 818 dəfə oxunub

Müəllifin son yazıları

# # #